Azərbaycanda gənc müğənni vəfat etdi - FOTO

 20:30 08.04.2023     1901

Gənc müğənni Jalə Əliqi vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran sosial media hesabında yazıb. Bildirilib ki, ifaçı bu gün dünyasını dəyişib.

H.Nuran Axşam.az-a açıqlamasında 28 yaşlı müğənninin qəflətən vəfat etdiyini bildirib:

"Bir müddət əvvəl səhhətində problem yaranmışdı. Türkiyəyə müalicəyə aparıblar. Qayıdıb gəlmişdi. Qəfildən dünyasını dəyişib".

Qeyd edək ki, Jalə 1994-cü ildə Naxçıvanda dünyaya gəlib.

Bir 3 kişi, takım elbise, smokin ve blazer görseli olabilirBir 4 kişi görseli olabilir