Zülfiyyə Xanbabayevanın qızı NASA-nın mükafatını qazandı - FOTO

 09:17 12.04.2023     936

Xalq artisti Zülfiyyə Xanbabayeva qızı Dənizlə bağlı paylaşım edib.

Redaktor.az xəbər verir ki, sənətçi övladının Amerikada NASA-nın müsabəsində iştirak etdiyini bildirib:

"Bütün komandanı və onun üzvü olan Dənizimi ürəkdən təbrik edirəm! ABŞ-də NASA-nın "FIRST Robotics Competition” (FRC) müsabiqəsinə bu il ilk dəfə olaraq Azərbaycandan istedadlı gənclər qatılıblar və mükafata layiq görülərək Texas ştatının Hyuston şəhərində keçiriləcək finala vəsiqə qazanıblar. Uşaqlar, yolunuz açıq olsun (Qaynarinfo).