Küçədə qalan məşhur meyxanaçı müalicəyə göndərildi - VİDEO

 23:46 15.04.2023     1007

Bir zamanların məşhur meyxanaçısı Elşən Binəqədinin küçələrdə səfil vəziyyətdə yaşayır.

İçki aludəçisi olan meyxanaçının arzularından biri həmkarı Ruslan Müşfiqabadı görmək idi.

Redaktor.az xəbər verir ki, Baku TV onun bu arzusunu reallaşdırdı. Eyni zamanda Elşən Binəqədi müalicə alması üçün reabilitasiya mərkəzinə yerləşdirildi.

Daha ətraflı Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin süjetində: