Hicablı müğənni artıq içkili məclislərə də gedəcək - Getməyəcəyini demişdi...

 17:34 22.04.2023     1803

Müğənni Xuraman Şuşalı bundan sonra toy məclislərinə gedəcəyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu haqda sənətçi "Səhər mərkəzi" verilişində deyib.

İllər əvvəl toylara getmədiyini deyən Xuraman "Ancaq xınaya gedirdim. İndi artıq toylara da getməyə başlamışam" sözlərini söyləyib.

Qeyd edək ki, Xuraman illər əvvəl "İçki olan məclisə getmirəm. Ona görə də toy aparmıram" açıqlaması ilə gündəmə gəlib (gundem.az).