Bu ölkələr Avroviziyanın qaydalarından narazıdır

 14:37 29.04.2023     698

Avropa Yayım Birliyi  bu il 7 may tarixinə qədər "Avroviziya" bəynəxalq mahnı müsabiqəsinin məşqlərinin mediaya qapalı olacağını açıqlayıb.

Redaktor.az xəbər verir ki, açıqlamadan sonra 8 ölkə qərarla bağlı etiraz edib.

Belə ki, Azərbaycan da daxil olmaqla Polşa, Portuqaliya, İsveçrə, Malta, Latviya, Çexiya və San Marino Avropa Yayım Birliyinə tələb məktubu göndəriblər.

Məktubda məşqlərin mediaya birinci yarımfinaldan bir gün öncə açılacağı üçün bu qərarın birinci yarımfinalda yarışan ölkələr üçün ədalətli olmadığı və qərarın yenidən gözdən keçirilməsi tələb olunub. 

Humay İsgəndərli