Dindarları təhqir edən məşhur müğənninin cəzası məlum oldu - VİDEO

 12:23 03.05.2023     617

Konserti zamanı "İmam Hatip" məktəbləri haqqında dediyi tənqidi sözlər səbəbindən ittiham edilən Gülşen barəsində İstanbul Cəza Məhkəməsi hökm çıxarıb.

Redaktor.az yazır ki, müğənniyə 10 ay həbs şərti cəza verilib.

Müğənninin "xalqı kin və düşmənliyə təhrik və təhqir etmə" maddəsi ilə 1 ildən 3 ilə qədər həbsi istənilirdi.

Məhkəmədə bildirilib ki, ona verilən cəza müəyyən bir vaxt içərisində yerinə yetirilməyəcək. Bir müddət sonra verilən şərtlərə əməl edərsə, cəzası aradan qaldırılacaq.

Humay İsgəndərli