Xalq artistinin gəlinindən yeni xəbər

 10:48 07.05.2023     803

Ağır vəziyyətdə xəstəxanada yatan Xalq artisti Mələkxanım Eyyubovanın gəlini evə buraxılıb.

Bu barədə sənətçinin oğlu Cəfər və qızı Nəzrin paylaşım edib.

Cəfər Nəcəfov sosial media hesabında Mərkəzi Gömrük Hospitalına və həkimlərə təşəkkürünü bildirib.

Qeyd edək ki, Səadət Nəcəfovanın böyrək çatışmazlığından əziyyət çəkirdi. Vəziyyəti ağır olduğundan o, aprelin 28-də qəfil xəstəxanaya yerləşdirilib.