“Greencard” udan aktyor: “Artıq məni bu ölkəyə bağlayan heç nə qalmadı”

 14:48 07.05.2023     672

Ötən gün ABŞ-da daimi yaşamaq, işləmək imkanı yaradan “Greencard” lotereyasının nəticələri açıqlanıb.

Redaktor.az xəbər verir ki, tanınmış aktyor Səfa Mehdi də qalib gələnlər sırasında olub.

O şəxsi hesabında paylaşım edərək qalib gəldiyini elan edib və ABŞ-a gedəcəyini bildirib:

“Greencard cavabları çıxdı. Bizə də yol görsəndi, əziz izləyicilər. Hər şey üçün təşəkkür edirəm, artıq bu ölkəyə məni bağlayacaq bir şey qalmadı. Əlvida, dostlar”, – deyə aktyor paylaşımında yazıb.

Sözügedən paylaşımı təqdim edirik: