Lorin "Avroviziya"da ikinci dəfə qəlbləri fəth etdi - VİDEO

 03:51 14.05.2023     1268

İsveç İngiltərənin Liverpul şəhərində keçirilən “Avroviziya” mahnı müsabiqəsinin qalibi olub.

Redaktor.az xəbər verir ki, İsveçi məşhur ifaçı Lorin “Tattoo” mahnısı ilə təmsil edib.

Münsiflər heyəti və tamaşaçılar İsveç təmsilçisinə ümumilikdə 583 (340 münsiflər +243 tamaşaçılar) bal veriblər.

Beləliklə, İsveç artıq 7-ci dəfə "Avrovziya" mahnı müsabiqəsinin qalibi olub. Lorin isə müsabiqədə iki dəfə qalib gələn ilk qadın ifaçı olub. O, daha öncə Bakıda keçirilən "Avroviziya 2012"nin birincisi olmuşdu. 

Qeyd edək ki, Azərbaycandan olan peşəkar münsiflər heyəti və tamaşaçılar ayrı-ayrılıqda İsveç təmsilçisinə 10 xal veriblər.

T.İSMAYIL