Azərbaycan ən yüksək xalı İsrailə verdi

 04:11 14.05.2023     1138

Azərbaycan “Avroviziya 2023” beynəlxalq mahnı müsabiqəsinin finalında səsvermədə iştirak edib.

Redaktor.az xəbər verir ki, Azərbaycandan olan həm peşəkar münsiflər heyəti, həm də tamaşaçılar ayrı-ayrılıqda ən yüksək 12 xalı İsrailə verib.

Qeyd edək ki, İsrail təmsilçisi Noa Kirel "Avroviziya 2023"ü üçüncüsü olub. Müsabiqənin qalibi isə İsveç olub. İsveçi məşhur ifaçı Lorin “Tattoo” mahnısı ilə təmsil edib. O, daha öncə 2012-ci ildə Bakıda keçirilən "Avroviziya" mahnı yarışmasının birincisi olmuşdu.

T.İSMAYIL