Məşhur türk müğənnisinin ölüm xəbəri yayıldı

 10:20 17.05.2023     642

Sosial şəbəkələrdə türkiyəli müğənni Orhan Gencebayın dünyasını dəyişdiyi barədə xəbər yayılıb.

Redaktor.az “TRT Haber”ə istinadən xəbər verir ki, oğlu Altan Gencebay atasının səhhətinin çox yaxşı olduğunu, paylaşılan xəbərin yalan olduğunu bildirib.

Yayılan xəbərlə bağlı açıqlama verən O.Gencebay bunları deyib: 

"Allaha şükür yaxşıyıq. Vaxtımız hələ bitməyib. Biz Rəbbimizə təslim olan insanlarıq. O nə desə, olacaq. Şükür Allaha. Yaxşıyıq. Ən səmimi sevgi və salamlarımı göndərirəm. Bəziləri belə zarafat ediblər. Ağır zarafatdır. Amma bunları ömrümüz boyu 15-20 dəfə yaşamışıq, öyrəşmişik. Əvvəllər də yaşamışıq, belə şeylər baş verib. Hal-hazırda səhhətimiz yaxşıdır. Bütün əziz dostlarıma və əzizlərimə ən səmimi sevgi və salamlarımı göndərirəm".

Humay İSGƏNDƏRLİ