Rəqsanənin keçmiş kürəkəni həbs EDİLDİ

 10:59 25.05.2023     735

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı Eşqin Cəlilov həbs olunub.

Redaktor.az OLAY-a istinadən məlumatına xəbər verir ki, Cəlilov inzibati xətalar məcəlləsinim 510-cu (xırda xuliqanlıq) və 157-ci (adam döymə) maddələri ilə təqsirli bilinərək 30 sutka inzibati qaydada həbs edilib.

Qeyd edək ki, Aysunla Eşqin ötən ilin avqustunda ilə qurub. Onlar bir müddət əvvəl 8 aylıq evliliklərini sonlandırdığını açıqlayıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Eşqin Cəlilov dünən Aysun İsmayılovanın sahibi olduğu gözəllik salonuna gedərək keçmiş xanımını orada döyüb.