İbrahim Tatlısəs nəvəsini məhkəməyə verdi

 17:53 25.05.2023     687

Türkiyəli tanınmış müğənni İbrahim Tatlısəs nəvəsi Mert Tatlısəsi məhkəməyə verib.

Redaktor.az “Haber Global”a istinadən xəbər verir ki, Tatlısəs nəvəsini evində icazəsi qaldığı üçün məhkəməyə verib.

Belə ki, Tatlısəs iddia edir ki,  nəvəsi onun İstanbulda yerləşən məzilindən 5 ildir razılıqsız şəkildə istifadə edib.

Müğənninin vəkili bildirib ki, İbrahim Tatlısəs qızı Dilan Çıtak Tatlısəsin bu evdə yaşamasını istəyir.

Qeyd edək ki, Tatlısəs uzun müddətdir oğlu Ahmet Tatlısəs ilə küsülüdür.

Humay İSGƏNDƏRLİ