Azərbaycanlı ifaçı Türkiyədə narkotikə görə saxlanıldı

 16:05 27.05.2023     722

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı reper Asya Əlizadə (Alizadeh) polis tərəfindən saxlanılıb.

Redaktor.az "OLAY"a istinadla bildirir ki, buna səbəb onun kliplərində narkotik istifadə təbliğatı aparması olub. Polis şöbəsində ifadə verəndən sonra sərbəst buraxılan Alizadehin Azərbaycana göndərildiyi iddia edilib.

Lakin daha sonra məlum olub ki, sözügedən şayiələr əsassızdır.