Bakıda seriala görə yol bağlandı

 11:18 29.05.2023     586

“Körpü” serialının davamı olan “Körpünün o tayı”ndan yeni görüntülər yayımlanıb.

Redaktor.az xəbər verir ki, OLAY yazdığına görə, layihənin Nəsimi rayonu ərazisində gerçəkləşən çəkilişlərində yolun bağlanması gözdən qaçmayıb.

Görüntüləri serialın rejissoru Emil Quliyev sosial media hesabında paylaşıb.

Qeyd edək ki, ekran işi yeni sezonda İctimai Televiziyada yayımlanacaq.