83 yaşlı Hollivud ulduzu dördüncü dəfə ata olacaq

 17:59 31.05.2023     574

83 yaşlı Hollivud aktyoru Al Paçinonun sevgilisi körpə gözləyir.

Redaktor.az xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.

Telekanal aktyorun sözçüsünə istinadən "Al Paçino və sevgilisi Noor Alfalla ilk övladlarını gözləyir... 29 yaşlı Alfalla hazırda 8 aylıq hamilədir" deyib.

Məlumata görə, bu, aktyorun dördüncü övladı olacaq.

Cütlük 2022-ci ilin aprel ayında münasibətə başlayıb. Al Paçino sevgilisindən 54 yaş böyükdürr.

Kino prodüseri olan Noor Alfalla daha əvvllər özündən 51 yaş böyük olan britaniyalı rok musiqiçisi Mik Caqqerlə görüşürmüş.

Tunar Altunbay