83 yaşlı Al Paçino hamilə sevgilisindən DNT testi tələb etdi

 17:03 02.06.2023     645

Tezliklə ata olacaq Hollivud aktyoru Al Paçino sevgilisi Nur Əlfallahın dürüstlüyünü şübhə altına alıb. O, hamilə qadından DNT testi verməsini tələb edib. Aktyor səhhətində problemlər səbəbindən artıq ata ola biləcəyinə şübhə etdiyindən bu qərarı verib. 

Redaktor.az TMZ-yə istinadən bildirir ki, Paçino gənc sevgilsinin hamilə olduğunu biləndə "şoka düşüb".

Aktyorun şübhələrinin başqa bir səbəbi qızın ona hamiləlik barədə daha əvvəl məlumat verməməsi olub.

Alfallah, medianın yazdığı kimi, artıq səkkiz aylıq hamilədir. Amma o, Al Paçinoya cəmi iki ay əvvəl sxəbər verib.

Qadın bunu guya hamilə olmasından xəbərsiz olması ilə əlaqələndirib.

Artıq testin nəticəsi məlum olub, körpənin atası Al Paçinodur.

Tunar Altunbay