Əməliyyat olunan Elza Seyidcahan: “Anam elə bilib ki, qəzaya düşmüşəm” - VİDEO

 14:45 10.06.2023     553

“Mədəkiçiltmə əməliyyatı etdirdim. Pəhrizlərin nazı ilə oynamaqdan bezdim. Qoy, indi pəhriz mənim nazımla oynasın (gülür). Sağlam həyat tərzinə keçdim”. 

Redaktor.az xəbər verir ki, bu sözləri ötən həftələrdə mədəkiçiltmə əməliyyatı keçirən Əməkdar artist Elza Seyidcahan qonaq olduğu verilişlərin birində deyib.

Əməliyyata getdiyini ailəsindən gizlədən sənətçi bildirib ki, anası onun avtomobil qəzası keçirdiyini zənn edib:

“Əməliyyata getdiyimi nə anam, nə övladlarım, heç kim bilmirdi. Hətta iki gün telefonlarıma cavab vermədim. Həmin ərəfədə hamı məni axtarırdı. Telefonlarım zənglərdən “partlayırdı”. Əməliyyat olunan günü saat 4-ə kimi anam mənə zəng vurub, sonra ona deyiblər ki, qızınız əməliyyat olunub. O da elə bilib ki, mən avtomobil qəzası keçirmişəm. Anam pis olub, ağlayıb. Amma deyəndə ki, mədəkiçiltmə əməliyyatı keçirib, anam pis olub. İndi görür ki, necə rahat və sağlamam deyir ki, nə yaxşı əməliyyata getdin”.

E.Seyidcahan, həmçinin əlavə edib ki, məqsədi 55 kiloqram çəkiyə qədər arıqlamaqdır:

“Sonuncu konsertimdə modelyer Leyla Əhmədova geyimləri üzərimə geyindirəndə əsəb keçirirdi. Deyirdi ki, xahiş edirəm, mənə görə yox, özünə görə arıqla. İstəyirəm ki, çəkim 55 kiloqrama qədər düşsün. Səhnədə göstərəcəm, rəqslərim var. Hazırda 75 kiloqram çəkidəyəm” (bizim.media).