Beyonsun konsertləri bu ölkədə inflyasiyaya səbəb oldu

 21:46 14.06.2023     611

"Beyonsun İsveçdəki konsertləri may ayında inflyasiya səviyyəsinə təsir etdi, gözlənilən azalmaya baxmayaraq, Dövlət Bankının proqnozlarından daha yüksək olduğu ortaya çıxdı".

Redaktor.az xəbər verir ki, bu barədə çərşənbə günü TV4 telekanalı məlumat yayıb.

Səbəblərdən biri kimi müğənninin mayın 10-da və 11-də Stokholmda, “Friends Arena”da çoxlu sayda xarici vətəndaşın marağına səbəb olan iki konserti göstərilir ki, bu da öz növbəsində otel və restoran qiymətlərində özünü göstərib.

"Danske Bank"ın analitiki Teresa Perssonun sözlərinə görə, müxtəlif kateqoriyalar üzrə qiymət dinamikasının təhlili qiymət artımlarını Beyonsun çıxışları ilə əlaqələndirməyə imkan verir.

"Burada yalnız təxmin etmək olar, amma dəqiq bilmək mümkün deyil. Amma biz bilirik ki, bu konsertlər dünyanın hər yerindən insanları cəlb edib",- ekspert izah edib.

Onun fikrincə, İsveçin bir ölkə olaraq kiçik olduğundan Beyons kimi məşhur müğənnilərin konsertləri onun inflyasiya səviyyəsinə təsir edə bilər.

Tunar Altunbay