Müğənni Damla atasının kim olduğunu açıqladı

 13:39 02.07.2023     752

Ötən gün Xəzər TV-də yayımlanan "5-də 5" verilişinin qonağı müğənni Damla olub.

Redaktor.az "day.az"a istinadla xəbər verir ki, müğənni verilişdə yeni duet ortağını açıqlayıb.

O, bundan sonra Nicat Həsənli ilə birlikdə duet ifa edəcəyini bildirib. Bundan başqa Damla öz ailəsi haqqında da maraqlı açıqlamalar verib. Müğənni hərbçi ailəsində doğulduğunu, atasının polkovnik-leytenant olduğunu söyləyib.