Məşhur musiqiçi özündən 43 yaş kiçik balerina ilə evlənir
“The Rolling Stones” rok qrupunun solisti Mik Caqqer sevgilisi Melani Hamrikə evlilik təklifi edib.
Redaktor.az "gazeta.ru"ya istinadla xəbər verir ki, 79 yaşlı musiqiçi ilə 36 yaşlı balerinanın nişanı bu yaxınlarda Nyu-Yorka səfərləri zamanı baş tutub.
Bildirilir ki, Hamrik adsız barmağındakı nişan üzüyünü başqalarına göstərib və nişanlandığını elan edib.
Qeyd edək ki, Mik Caqqer və Melani Hamrik 2014-cü ildə görüşməyə başlayıblar. Cütlük ilk dəfə Sürixdə hotelin eyvanında görüntülənib. Bundan bir qədər əvvəl sənətçinin öncəki sevgilisi Loren Skott intihar edib.
İndi Caqqer və Hamrikin altı yaşlı Devero adlı oğlu var. O, qadının ilk, musiqiçinin isə səkkizinci övladıdır.