Ancelina Coli və Bred Pittin yeddi illik boşanması başa ÇATDI

 20:56 11.08.2023     478

Ancelina Coli və Bred Pitt 7 ildən sonra boşanmaq üçün məhkəməyə müraciət ediblər. 

Bu barədə Redaktor.az "izvestiya"ya istinadən xəbər verir.

Məhkəmə qərarına əsasən, Coli cütlüyün üç azyaşlı övladının tam qəyyumluğunu özündə saxlayıb. Pittə isə təyin olunmuş vaxta uyğun olaraq ziyarət hüququ verilib.

Bundan əlavə, Bred Pitt Ancelina Coliyə Fransada birgə aldığı şərab zavodunda payına görə 250 milyon dollar ödəyəcək. Məhz bu mülkə görə qalmaqallı boşanma uzun müddət davam edib.

Yusif EYVAZLI