56 yaşlı aktrisa çimərlik geyimində yaxalandı - FOTO
Aktrisa Salma Hayek Meksikada ailəvi istirahət zamanı paparassilərin obyektivinə tuş gəlib.
Redaktor.az xəbər verir ki, aktrisanın şəkilləri "Daily Mail"də dərc olunub.
Fotolarda 56 yaşlı Salma Hayek milyarder əri Fransua-Henri Pinault ilə yaxtada çəkilib. Aktrisa qızılı dekorasiyalı üçbucaqlı korset və aşağı bel şortdan ibarət ağ-qara çimərlik geyimində günəş vannası qəbul edib.
Salma Hayek fransız milyarder Kering şirkətinin baş direktoru Fransua-Henri Pinault ilə evlidir. Cütlüyün ortaq 15 yaşlı Valentina adlı qızı var.
Bundan əvvəl 56 yaşlı aktrisa Salma Hayek saunada çılpaq pozalar verib.
T.İSMAYIL