Hollivud aktrisası plastik əməliyyata görə tənqid olundu

 23:49 26.09.2023     1154

“Aclıq Oyunları” serialının ulduzu, Hollivud aktrisası Cennifer Lourens üzündə plastik əməliyyat olunduğu iddiası ilə tənqidlərə məruz qalıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Bildirilib ki, sentyabrın 26-da Paris Moda Həftəsi çərçivəsində "Dior" brendinin şousu keçirilib. Qonaqlardan biri də aktrisa Cennifer Lourens olub. İctimaiyyət qarşısına çıxmaq üçün o, qara yubka və qar kimi ağ köynək seçib. Saçlarını isə buruq düzəltdirib. Bununla belə, pərəstişkarlarının diqqətini aktrisanın siması çəkib. Saytın oxucularının fikrincə, Cennifer Lourens üzünü plastik əməliyyat etdirib.

“O, Gigi Hadidə çox bənzəyir. Bu yeni plastik əməliyyatdır?”, “Üzünü niyə belə korlayırsan? İndi o da hamı kimidir”, “Mükəmməl üzünü niyə korladın?”, “Cennifer, üzünü əvvəlki vəziyyətinə qaytar” deyə sosial şəbəkə istifadəçiləri saytdakı xronikaya şərhlərdə yazıblar.

T.İSMAYIL