Nazilə Səfərliyə ağır itki - FOTO

 13:30 14.10.2023     400

Şair Nazilə Səfərlinin ailəsində ağır itki üz verib. 

Redaktor.az Qaynarinfo-ya istinadla xəbər verir ki, Nazilənin nənəsi Yasəmən 91 yaşında dünyasını dəyişib. Bu haqda şair özü məlumat verib. 

O bildirib ki, toyda olarkən nənəsinin ölüm xəbərini eşidib:

"Nənəmizə ana deyirdik. Sənin xeyir-duanı o qədər istəyirdim... Halallıq verəsən deyə, kəndə getdim. Yenə də kəndə gedirəm. Daha heç bir tərəfdən nə nənəm, nə babam qaldı".