Azərbaycanda “Survivor” təşkil edə bilərik - Acun

 21:00 22.10.2023     413

"Azərbaycanla bağlı layihələr düşünürük".

Redaktor.az xəbər verir ki, bunu Bakıda olan türkiyəli iş adamı Acun İlıcalı jurnalistlərə açıqlamasında bildirib.

O, Azərbaycanda layihələr həyata keçirmək istədiyini vurğulayıb.

"Çox istəyərəm ki, burada bir şou proqram edək. “Survivor”un yarımfinalını Azərbaycanda təşkil edə bilərik. Niyə də olmasın? Burada həm yaxşı insanlar çoxdur, həm də bizə böyük maraq var”, - Acun İlıcalı qeyd edib.

Biznesmen deyib ki, Türkiyə və Azərbaycan iki dövlət bir millət olduğunu dəfələrlə nümayiş etdirib: “Azərbaycanlı qardaşlarımızın diqqətini hər zaman hiss edirəm. Aramızdakı bağlılığı bilirəm və sanki öz vətənimdəyəm. Tarix boyu çətin günlər yaşadıq. Lakin iki dövlət bir millət olmağı bacardıq, ağır sınaqlardan keçdik”.

O, Bakıya ikinci dəfədir gəldiyini qeyd edib və bundan sonra ölkəmizi tez-tez ziyarət edəcəyini vurğulayıb.