Puqaçova üzə çıxdı - FOTO

 16:05 31.10.2023     303

Övladları ilə birlikdə İsraildən Kiprə köçdüyü deyilən və bir müddət heç kimlə əlaqə saxlamayan SSRİ Xalq artisti Alla Puqaçova üzə çıxıb.

Redaktor.az xəbər verir ki, o, instaqram hesabında paylaşım edib.

“Yaşamağa davam edirik”, - övladları və həyat yoldaşı Maksim Qalkinin fotolarını paylaşan müğənni yazıb.

Rus estradasının primadonnası harada olduğunu açıqlamayıb.(Qafqazinfo)