Qomez jurnal üçün açıq-saçıq poz verdi

 12:42 22.12.2023     264

Amerikalı müğənni və aktrisa Selena Qomez "Vogue" jurnalının yapon versiyası üçün açıq-saçıq obrazda çəkilib.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, müvafiq nəşr onun İnstaqram səhifəsində yayılıb.

Yayılan görüntülərdə 31 yaşlı məşhur çılpaq bədəninə dəri palto geyinərək kamera qarşısına keçib. Eyni zamanda vizajistlər yanaqlara çəhrayı ənlik, dodaqlara isə çılpaq dodaq boyası çəkərək makiyajda təbiiliyə diqqət yetirmək qərarına gəliblər. Stilistlər isə öz növbəsində onun saçlarını zərif topuz şəklində düzəldiblər.

Pərəstişkarları postun altındakı şərhlərdə sənətçinin görünüşünü yüksək qiymətləndiriblər. “Gözəl”, “Kraliça”, “Çox gözəl”, “Bu qeyri-realdır”, “Sən gözəlsən. Etdiklərinizə görə təşəkkür edirəm”, - sözlərini yazıblar.

Bildirək ki, bundan əvvəl Qomezin makiyajsız halı internetdə müzakirələrə səbəb olmuşdu. İfaçını rəfiqəsi ilə Beverli-Hillzdə gəzərkən paparassilər yaxalayıb. 

NƏRGİZ

 

2222