Emin Bakıda beynəlxalq musiqi festivalı keçirəcək

 10:17 07.01.2024     583

Xalq artisti Emin Ağalarov Bakıda “DREAM FEST” adlı yeni beynəlxalq musiqi festivalının keçiriləcəyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, müğənni bu barədə Dubayda “ZHARA FEST” musiqi festivalı zamanı bildirib.

İyulun 24-dən 28-dək keçiriləcək “DREAM FEST”də Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə və Avropadan ifaçılar səhnə alacaqlar.

Xatırladaq ki, buna qədər Emin Bakıda “ZHARA FEST” beynəlxalq musiqi festivalının təşkilatçılarından biri idi.