Məşhur reper evində baş verən yanğından sonra yoxa çıxdı

 17:05 07.01.2024     239

50 yaşlı reper Sir-J (əsl adı Sergey Bulavintsev) Moskvada evində yoxa çıxıb.

Redaktor.az xəbər verir ki, bu barədə Baza yazır.

Nəşrin məlumatına görə, reper dekabrın 30-da Rastorquevodakı bağ evində baş verən yanğından sonra yoxa çıxıb. Bulavintsevin qatara mindiyi məlum olub. Onun harada olduğu hələlik müəyyən edilməyib.

Sir-J rep veteranı adlanır: o, 90-cı illərin əvvəllərində bu janrda treklər yazmağa başlayıb. Bulavintsev Bust A.S!, D.O.B., D.O.B. qruplarının üzvü idi.

Bildirək ki, keçən ilin dekabrında rusiyalı müğənni YurKissin (əsl adı Yuri Kiselev) də musiqi karyerasını bitirdiyini elan etdikdən sonra yoxa çıxması xəbəri yayılmışdı.

NƏRGİZ