Məryəm Uzerlinin üzündə Kardaşyanın cərrahı işləyib
"O Səs Türkiyə"nin Yeni İl buraxılışında üzündəki dəyişikliklərlə diqqət çəkən aktrisa Məryəm Üzerlinin Kim Kardaşyanın estetik cərrahı Simon Ourioana müraciət etdiyi üzə çıxıb.
Redaktor.az xəbər verir ki, Məryəm Uzerlinin sosial şəbəkələrdə həkimin üzünə ineksiya etdirərkən görüntüləri yayılıb. Qeyd olunub ki, aktrisa üzündəki əvvəlki dolğu və botoksları əritdirib, daha sonra cərrah ona yenidən ineksiya edib. 40 yaşlı kino ulduzu bu dəfə özünü mütəxəssisə etibar etdiyi üçün daha yaxşı nəticələr əldə edib.