Mett Deymonun ağ saçları diqqət çəkdi - “Boz saç hər kəsi yaşlı göstərir”

 16:01 09.01.2024     236

Amerikalı aktyor Mett Deymon Qızıl Qlobus Mükafatının təqdimat mərasimində ağ saçları ilə diqqət çəkib.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, müvafiq materialı "Daily Mail" təqdim edib.

53 yaşlı sənətçi xalq qarşısına qara kostyum, ağ köynək və qalstukda çıxıb. Eyni zamanda o, piqmentini itirmiş təbii saç rəngini də kameralar qarşısında nümayiş etdirib.

Nəşrin oxucuları şərhlərdə ulduzun görünüşünü yüksək qiymətləndiriblər. İstifadəçilər “Mett qocalıb, lakin hələ də gözəl görünür və çox istedadlıdır”, “O, hələ də hərəkətlidir”, “Boz saç hər kəsi yaşlı göstərir” kimi şərhlər yazıblar.

NƏRGİZ