Rusiya pasportunu yandıran müğənni üzr istədi

 12:33 10.01.2024     312

Rusiya vətəndaşlığı pasportunu xalqın gözü qarşısında yandıran müğənni Eduard Şarlotta məhkəmədə çıxış edərək etdiyi hərəkətə görə üzr istəyib.

Redaktor.az xəbər verir ki, görüntüləri "Shot" Telegram kanalı paylaşır.

İfaçının sözlərinə görə, onun bu hərəkətinə səbəb balanssız psixi durumdur. Müğənni cəzanı qəbul etməyə hazır olduğunu qeyd edərək, etdiyi əməldən utandığını vurğulayıb: “Mən özünü itirmiş bir insan olaraq təcəssüm etdirdiyim bütün mənfi hərəkətlərə nifrət edirəm. Mən Rusiyanın düşməni kimi yox, vətənpərvərliyi tərənnüm edən bir vətəndaş kimi inkişaf etmək fürsəti üçün dua edirəm. Dini cəhətdən azdığım üçün məni bağışlayın, büdrədim”, - deyə fikrini izah edib. 

Bildirək ki, Samara vilayət məhkəməsi Şarlottanın həbsi ilə bağlı şikayəti rədd edib.

Bundan əvvəl ifaçı Moskva və bütün Rusiyanın Patriarxı Kirilə tövbə məktubu yazıb. Sənətçi orada bağışlanma diləyib və etdiyi cinayətdən peşman olduğunu və kəffarə verməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, bu ilin iyun ayında Eduard Şarlotun pasportunu yandırdığına dair görüntüləri yayımlayıb. Sənətçi bildirib ki, o, artıq özünü Rusiya vətəndaşı hesab etmir və Kiyevə gedəcək.

NƏRGİZ