Aqata Muceniecenin makiyajsız halı - "Salam, çillər"
Aktrisa və teleaparıcı Aqata Muceniece fotoda təbii görünüşünü nümayiş etdirib.
Redaktor.az xəbər verir ki, görüntü onun İnstaqram hesabının hekayə bölümündə yerləşdirilib.
34 yaşlı məşhur tətildə başına dəsmal taxaraq, üzünü kameraya yaxından göstərərək selfi çəkdirib. O, piqmentli və qızarmış yerlər də daxil olmaqla dəri xüsusiyyətlərini nümayiş etdirərək makiyajsız şəklini çəkib.
"Salam, çillər", - deyə müəllif kadra başlıq yazıb.
NƏRGİZ