Aşıq Zülfiyyənin səhhətində problem yarandı

 11:59 16.01.2024     208

Aşıq Zülfiyyə İbadovanın səhhətində problem yaranıb.

Redaktor.az axşam.az-a istinadən bildirir ki, ifaçı bu haqda "Həmin Zaur" verilişində danışıb. O, aparıcının "Niyə tənginəfəs olmusunuz" sualına belə cavab verib:

"Bir az ağrıyıram. Səhhətimdə problem var. Hazırda müalicə olunuram. Həkimin dediyinə görə, insulin dirənci pozulub və D vitamini ümumiyyətlə sıfıra düşüb. Bu səbəbdən bədənimə şişkinlik də verir".