Aygün Kazımova şantaj edilir: 10 min...

 10:46 18.01.2024     235

Xəbər verdiyimiz kimi, Xalq artisti Aygün Kazımovanın "Instagram" sosial şəbəkə platformasındakı səhifəsi hakerlər tərəfindən oğurlanıb.

Redaktor.az xəbər verir ki, sənətçinin hesabında haker yeni paylaşım edərək, hesabı satacağını bildirib.

"Aygün Kazımova, bunu oxuyursansa, 10 min avro bitkoin üçün mənə "Telegramda” yazın və hesabınızı geri alacaqsınız. Mənə güvənməsəniz səhifənizi ruslara satacağam", - deyə paylaşımda yazılıb.(Bizim.Media)