“Oğlum adımı “Dollar Şəbnəm” qoyub” - Şəbnəm Tovuzlu

 14:41 22.01.2024     470

Müğənni Şəbnəm Tovuzlu oğlu Əli ilə birlikdə canlı efirə çıxıb.

Redaktor.az bizim.media-ya istinadla xəbər verir ki, Əli “İncə səhər” verilişində aparıcı Vüsalə Əlizadənin suallarına cavabda geyimlərinin əksəriyyətinin anasının deyil, atası Hacı Ramilin aldığını deyib.

O vurğulayıb ki, Şəbnəm toydan sonra evdə aldığı qonorarı özü sayır.

Vüsalənin “Anan pulları yığıb ev alır” sualına müğənninin övladı “hə” cavabı verib.

Həmin an Şəbnəmin üzündəki ifadə 180 dərəcə dəyişib.

Aparıcının “Atanın, yoxsa ananın pulu çoxdur” sualına Əli “Anamın pulu çoxdur”, - deyə fikrini bildirib.

Onun bu sözlərinə isə Şəbnəm belə reaksiya verib: “Əli dünyaya gələndən ona bir-iki dəfə geyim almışam. Bütün geyimlərini atası alır. Oğlunu öz zövqü ilə geyindirir.

Əli adımı “Dollar Şəbnəm” qoyub. Çölə çıxanda məndən böyük məbləğdə pul istəyir. Amma uşağı pula öyrəşdirmək istəmirəm. Bu, düzgün deyil. O, pulu görür, fərqləndirir. Deyir ki, ana sənin pulun çoxdur, mənə ver. Mən isə deyirəm, atanın pulu mənim pulumdan daha çoxdur. Ona görə də get, ondan istə”.