"Flora Kərimovanın sayəsində mahnım trend oldu, toy təklifləri durmadan artır" - Afət Fərmanqızı 

 16:40 24.01.2024     759

"Hazırda bal ayındayam və əhvalım əladır".

Bunu məşhur müğənni Afət Fərmanqızı Redaktor.az-a açıqlamasında dedi.

O, Xalq artisti Flora Kərimovaya məhkəmədə uduzması xəbərini yeni öyrəndiyini söylədi:

"Mən ümumiyyətlə o məsələlərlə maraqlanmıram. Həmin işlərlə vəkilim və həyat yoldaşım məşğul olur. Amma qanun qarşısında boynum qıldan incədir".

Afət Fərmanqızı qeyd edib ki, bu qərar ona müsbət təsir göstərib:

"Hər işdə bir xeyir var. Bu gün həmin qərarın çıxması mənim yeni "Gedirəm" adlı klipimə çox yaxşı təsir etdi. Bir də baxdım ki, baxış sayı durmadan artır. Bu, mənim yeni klipim üçün çox gözəl piar oldu. Bir manat belə xərcləmədən baxış sayları durmadan artır. Azərbaycanda trendə düşən müğənnilərin 99 faizi bunu pulla edirlər. Amma mənim kliplərimin baxış sayı yenə də Flora Kərimovanın sayəsində təbii şəkildə artır. Bu reytinqi hər dəfə mənə yaşatdığı üçün ona təşəkkür edirəm".

Sənətçi yeni toy təklifləri aldığını da etiraf edib:

"Yenə çoxlu toy təklifləri alıram, hətta behləri yığıb-yığışdıra bilmirəm. Floranın sayəsində mən də, mahnım da gözəl reklam oldu. "Pəncü-şeş" mahnım da Flora Kərimovanın sayəsində hit olmuşdu. Ona bir daha təşəkkür edirəm. Məhkəməmizin bundan sonra da 20 il davam etməsini arzu edirəm. Allah Flora Kərimova yüz il ömür versin. Çünki o, yaşadıqca ruzi bərəkət başımdan aşıb-daşır".

Taleh