Niyam Salami əsəbiləşdi - "Kül sənin başına"

 11:15 01.02.2024     251

Müğənni Niyam Salami həmcinslərini tənqid edib.

Redaktor.az xəbər verir ki, sənətçi qonaq olduğu “xəbər-ətər” verilişində bəylərin özlərini kameraya çəkərkən qadınsayağı jestikulyasiya və dodaqlarını önə çıxartmasına etiraz edib.

“Qızlarla oğlanlar kamera ilə telefonda danışarkən (qaşlarını qaldırıb dodaqlarını önə verir) niyə belə edirlər, başım çıxmır? Sənin başına daş düşsün. Kül sənin başına. Müğənnilər bunların yanında yalan olub. Sən kişisən! Qadın elə edə bilər, amma sən, kişi yox. Kişi axı, dodağını kamerada niyə oynatmalıdır? Bunlar ayıb şeylərdir”, - deyə Niyam vurğulayıb.(Bizim.Media)