Britni Spirs keçmiş sevgilisini məhkəmə ilə hədələdi
Amerikalı müğənni Britni Spirs keçmiş sevgilisi, pop ifaçısı Castin Timberleyki məhkəmə ilə hədələyib.
Redaktor.az xəbər verir ki, bu barədə o, İnstaqram hesabında yazıb.
Bir neçə gün əvvəl müğənni şəxsi həyatlarının təfərrüatlarını “İçimdəki qadın” adlı xatirələrində paylaşdığı üçün sənətçidən açıq şəkildə üzr istəyib.
Öz növbəsində Timberleyk Nyu-Yorkdakı konserti zamanı bu üzrxahlıqlara cavab verərək, üzr diləmək üçün heç kimin olmadığını bildirib.
Sosial şəbəkələrdə yayılan konsertdən görüntülərdə “Fürsətdən istifadə edərək heç kimdən üzr istəmək istərdim” sözləri səsləndirib.
Bu açıqlama Spirsi qəzəbləndirib. O, Timberleykin bir dəfə anasının çiynində necə ağladığını xatırladıb:
“Məhkəməyə getmək istəyirsən, yoxsa evə gedib keçən dəfəki kimi anana ağlayacaqsan? Peşman deyiləm”, – müğənni qeyd edib.
NƏRGİZ