Kristina Aqilera arıqladıqdan sonra dar geyimdə GÖRÜNTÜLƏNDİ

 17:33 05.02.2024     329

Amerikalı müğənni Kristina Aqilera həddən artıq arıqladıqdan sonra 2024-cü il "Qremmi" Mükafatlarının təqdimetmə mərasiminə dar geyimdə qatılıb.

Redaktor.az bu barədə "Daily Mail" nəşrinə istinadən xəbər verir.

43 yaşlı müğənni açıq mavi asimmetrik biçimli uzunqol maksi donda səhnəyə çıxıb. Sözügedən geyim ulduzun bədəninə tam oturub, bədəninin incəliyini ortaya qoyub. Bundan əlavə, o, uzun düz saçlarını arxaya buraxaraq gözlərinə vurğulu makiyaj edib. O, görünüşünü böyük halqa sırğaları ilə tamamlayıb.

Pərəstişkarları ulduzun plastik əməliyyata müraciət etdiyini güman edirlər.

NƏRGİZ