Cennifer Lopez səhnədə rəqs edərkən taxma saçlarını qopardı

 12:31 06.02.2024     382

Amerikalı müğənni və aktrisa Cennifer Lopez imicindəki bir detala görə səhnədə biabır olub.

Redaktor.az xəbər verir ki, müvafiq görüntülər "Saturday Night Live" şousunun YouTube kanalında yayımlanıb.

Televiziya proqramı çərçivəsində 54 yaşlı məşhur "Can't Get Enough" mahnısını ifa edib. O, tamaşa üçün qara rəngli şalvar, qısaldılmış pencək və düyməli köynək seçib.

Amerikalı reper Redman (əsl adı Reginald Noble) ilə enerjili rəqsi zamanı Lopez hiss edib ki, saç düzümünün tellərindən biri tökülmək üzrədir. Sənətçi tamaşanı yarımçıq qoymamaq qərarına gəlib və süni saçlarını özü qoparıb.

NƏRGİZ