Britni Spirs bədəninin qüsurlarını göstərdi - FOTO
Amerikalı müğənni və aktrisa Britni Spirs bədənində qəribə qüsur aşkarlayıb.
Redaktor.az xəbər verir ki, müvafiq görüntü İnstaqram səhifəsində yer alıb.
42 yaşlı məşhurun sözlərinə görə, sağ ayağı kişi, sol qadın ayağına bənzəyir. Eyni zamanda, ulduz sol ayağını üç dəfə sındırdığını etiraf edib, ona görə vizual olaraq sol sağdan fərqlidir.
“Sağ ayağım sol ayağımdan tamam fərqlidir... Sağ tərəf kişi tərəfimdir. Burada mən güclü və dözümlüyəm, amma sol ayağımı üç dəfə sındırmışam. Bu mənim qadın tərəfimdir. Gördüyünüz kimi, sol tərəfimə ağırlıq salanda dizim şişir, ona görə də tarazlığı saxlamaq mənim üçün çətin olur”, - Spirs bildirib.
Bundan əlavə, ifaçı özünə müxtəlif rakurslardan baxmaq üçün bədənini kəşf etməyə davam etdiyini də deyib.
NƏRGİZ