Fahriye Evcen çəkilişdə OLAY YARATDI
Məşhur aktrisa Fahriye Evcen reklam çəkilişlərində qalmaqal yaradıb.
Redaktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Kuruluş Osman" serialının baş rol ifaçısı Burak Özçivit ilə həyat yoldaşı Fahriye Evcen bir mebel markasının reklam siması olub. 2 illik müqavilə imzalayan cütlüyün 80 milyon TL qonorar alacağı qeyd olunub.
Ötən gün reklam üçün çəkiliş meydançasına gedən Evcen onun üçün xüsusi hazırlanmış kulislə yanaşı, xüsusi karvan tələb edib. Bildirilib ki, ulduzun bu tələbi böyük səs-küylə nəticələnib. Aktrisa karvan gəlmədən çəkilişlərə başlamayıb. Söz-söhbətdən sonra Evcenin tələbi yerinə yetirilib və çəkiliş meydançısına çox qısa müddətdə karvan gətirilib.