Burak Özçivit Moskvada rus arağı içdi
“Muhteşem Yüzyıl” və “Kara Aşk” seriallarındakı rolları ilə tanınan türkiyəli aktyor Burak Özçivit Moskvaya səfəri zamanı rus mədəniyyəti ilə tanış olduğunu, araq daddığını bildirib.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, aktyor Moskvada, "Crocus City" Hallda baş tutacaq “Türk seriallarının musiqisi” adlı kinokonsertə xüsusi qonaq kimi dəvət olunub.
"Mən mədəniyyətə böyük əhəmiyyət verirəm. Çox səyahət edirəm, həmişə başqa mədəniyyətlərin xüsusiyyətləri ilə qarşılaşıram, bu gün rus mədəniyyəti ilə tanış oldum və bir az da əsl rus arağı daddım", - o, konsert ərəfəsində jurnalistlərə deyib.
Yusif EYVAZLI