İsrail mahnının dəyişdirilməsinə razılıq verdi

 09:26 04.03.2024     394

"İsrailin Kan Yayım Korporasiyası 2024-cü ildə “Avroviziya” Mahnı Müsabiqəsi üçün mahnının sözlərinin dəyişdirilməsinə razılıq verib".

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilir.

Mahnı müsabiqəsinin təşkilatçıları daha əvvəl 20 yaşlı Eden Golanın "Oktyabr Yağışı" mahnısını "siyasi xarakterli" görərək rədd etmişdilər.

Humay İSGƏNDƏRLİ