Röya Ayxanın keçmiş şərikinin Azərbaycandan çıxışına qadağa QOYULDU

 16:20 14.03.2024     625

Tanınmış model Səbinə Hüseynova vergi borcunu ödəmədiyi üçün hakim qarşısına çıxarılacaq.

Redaktor.az unikal-a istinadən bildirir ki, Dövlət Vergi Xidməti modelin ölkədən çıxışına məhdudiyyət qoymaq üçün Bakı Kommersiya Məhkəməsinə müraciət edib. Məhkəmə prosesi hakim Günay Namazovanın sədrliyi ilə araşdırılacaq.

Xatırladaq ki, Səbinə Hüseynova 2018-ci ildə dələduzluq maddəsi ilə həbs edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il şərti cəzaya məhkum edilib.

Qeyd edək ki, Xalq artisti Röya Ayxan bir neçə il bundan əvvəl S.Hüseynova ilə birgə moda evi açıb, biznes fəaliyyəti ilə məşğul olub. Ötən ay isə S.Hüseynovanın adı dələduzluq əməlində keçdiyi üçün müğənni birliyinə son qoyduğunu açıqlayıb.

Səbinə Hüseynova 1990-cı illərin sonlarında xarici ölkələrin birində bir neçə əxlaqsız filmə də çəkilib. Həmin filmlər 2000-ci illərin ortalarında Azərbaycanda da yayılıb.

Röyanın həbsdən çıxan şəriki: porno ulduz, yoxsa modelyer?