"İlhamə Quliyeva qalib olmağımı istəmirdi" - FOTO

 17:29 15.03.2024     866

Müğənni Günel Məhərrəmova açıqlaması ilə gündəmə gəlib.

Redaktor.az xəbər verir ki, "Azəri Star" musiqi yarışmasının qalibi olan sənətçi həmin dövrdə üzləşdiyi haqsızlıqdan danışıb.

O, sənət müsabiqəsinin jüri heyətində yer alan mərhum Xalq artisti İlhamə Quliyeva ilə aralarındakı narazılıqdan danışıb. 

Arb-də yayımlanan "Xəbər-ətər" verilişində bu barədə mözuya toxunan Günel Məhərrəmli Xalq artistinin onun qalib olmasını istəmədiyini deyib:

"Yarışma dövründə həmişə əleyhimə danışırdı. Sanki qalib olmağımı istəmirdi. Səbəbi nə idi, bilmirəm. Tamaşaçılar bunun əksinə məni qalib etdilər".