Seda Sayan 7-ci ərindən boşanması barədə danışdı

 18:01 15.03.2024     1997

İki il əvvəl özündən 25 yaş kiçik Çağlar Öktenə ərə gedən Seda Sayan boşanacağı iddiası ilə gündəmə gəlib.

Redaktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur müğənni yayılan xəbərlərə canlı yayım açaraq son qoyub.

Sayan boşanma iddiasını təkzib edərək, ailələrin yalan xəbərlərdən təsirləndiyini deyib: "Boşanmağım haqda yayılan xəbərlər yalnışdır. Belə bir şey yoxdur. Hamımızın ailəmiz var. 2 ildir evliyik və sevgimizi hamı görür".