Aybəniz Haşımovanın qızı Amerikaya qaçarkən saxlanılıb? - FOTO

 10:06 16.03.2024     1748

Tanınmış bloger Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva haqqında instaqramda çıxan feyk xəbərlərə aydınlıq gətirib.

Redaktor.az olay-a istinadən xəbər verir ki, bloger bu haqda instaqramın hekayə bölməsində paylaşım edib.

"Adımla bağlı feyk xəbərlər paylaşırlar. Yəqin, spamdır, linkə keçid etsəniz, səhifənizi qıra bilərlər. Məzmuna gülmüşəm, amma", - deyə, A.Quliyeva bildirib.

Qeyd edək ki, Aynişan haqqında sosial şəbəkələrdə Amerikaya qaçmaq istəyəndə aeroportda saxlanıldığı ilə bağlı xəbərlər paylaşılıb.